Fevralın 27-28-də Gürcüstanda hava isti və yağmursuz keçəcək. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +17, +22 dərəcəyədək yüksələcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Martın 1-də günün ikinci yarısından başlayaraq martın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə qərb küləyi əsəcək. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.
Paytaxta gəlincə, Tbilisidə fevralın 27-28-də və martın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 2-də isə qısamüddətli yağış yağacağı və külək əsəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində 18, 20 dərəcə isti təşkil edəcək, martın 2-dən 4-6 dərəcə aşağı enəcək.
