27 
Fev
2023
10:55
377

Qanunsuz fəaliyyət göstərən onlayn kazinolar aşkar edildi

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri operativ-axtarış fəaliyyəti və istintaq tədbirləri nəticəsində Acarıstan bölgəsində müvafiq icazəsi olmayan üç sahibkarlıq fəaliyyəti aşkar ediblər, nəticədə üç əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib, onlardan biri saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Batumidə müxtəlif yerlərdə gizlədilmiş onlayn oyun obyektləri təşkil ediblər, internet vasitəsilə Gürcüstandan kənardə yerləşən onlayn kazinoların veb səhifələrinə lotto oyun prosesi veriblər. 

Müəyyən edilib ki, obyektlər qanuni fəaliyyət göstərdikləri halda dövlətə  100.000 ödəməlidirlər. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci hissəsinə əsasən aaprılır, bu, 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutur.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər