Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Çin-Qırğızıstan sərhədində güclü zəlzələ olub

484
Çin-Qırğızıstan sərhədində güclü zəlzələ olub
Dinləmək üçün basın

Çin-Qırğızıstan sərhəd bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Çin-Qırğızıstan sərhəd bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

InterPress.ge xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

“Zəlzələnin episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşir. Zəlzələnin enerji sinfi 12,1-dir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Bakı vaxtı ilə 03:58 baş verən zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:42-də eyni bölgədə 5,9 maqnitudalı yeraltı təkanlar olmuşdu. Təbiət hadisəsinin Almatıda 2 bal gücündə hiss olunduğu nəql edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →