Telavidə iki gənc yol qəzasında ölüb.
InterPress.ge xəbər verir ki, onlardan biri Daxili İşlər Nazirliyinin Kaxeti Polisinin əməkdaşıdır.
Gənclər yüngül avtomobillə Telavi-Qurcaanini birləşdirən yolda hərəkətdə olarkən avtomobil sürüşərək ağaca çırpılıb. Nəticədə hər iki şəxs yerindəcə ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
