Bolnisidə Xocalı soyqırımının qurbanları anılıb
Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, mərsimi giriş sözü ilə açan mərkəzin direktoru Rezo Həsənov mərasim dəvətlilərini salamlayıb, daha sonra isə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
XX əsrin ən böyük qətliyamlarından biri olan Xocalı soyqırımı haqqında mərkəzin rəhbərliyi mərasim iştirakçılarına və mərkəzin gənclərinə amansız qətliyam haqqında dolğun məlumat verərək bildiriblər ki, bütün dünyada yaşayan azərbaycanlılar Xocalıda 1992-ci ilin 26 Fevralında yaşananları qətiyətlə pisləyir və səbəbkarların cəzalandırılması üçün əllərindən gələni etməyə hazırdırlar.
Çıxış edən dəvətillər, müəllimlər və gənclər bu faciənin bəşəriyyət üçün böyük bir üz qarası olduğunu və düşmənin silahsız, əliyalın qocalara, qadınlara, uşaqlara qarşı törətdiyi amansızlıqlar haqqında söz açıblar.
Mərkəzinin gəncləri bu hadisənin onların da yaddaşında böyük bir kədər izi buraxdığını və bu soyqırımı unutmayacaqlarını və unutdurmayacaqlarına söz veriblər.
Sonda isə bir daha qətlə yetirilənlərin ailələrinə Allahdan rəhmət yaxınlarına, dostlarına isə səbr dilənib.




