25 
Fev
2023
10:47
207

Ukrayna Baş Qərargahı: "Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir"

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.

Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə sisemini məhv etdiyi bildirilib:

"Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib".

Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. İki ölkə arasında müharibə bir ildir ki, davam edir.

Bizimlə əlaqə saxlayın