Tbilisidə Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir - FOTO
Paytaxt Tbilisidə Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiya Gürcüstandakı "Azərbaycan Evi"nin, AZEBİ və Alyans Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.
Aksiya zamanı üzərində gürcü və ingilis dillərində "Xocalıya Ədalət" yazısının əks olunduğu 4 ədəd kiçik həcmli yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektləri olan Çavcavadze prospektindən başlayaraq, rustaveli, azadlıq meydanı, Pekini, Kostava, Marcanişvili metrostansiyalarının qarşısında və Cereteli prospektlərində eləcədə digər bir sıra əhalinin və nəqliyyatın sıx olduğu küçələr, prospektlərdə və meydanlarda fevral ayının 28-i axşam saat 20:00-dək hərəkət edəcəklər.
Gürcüstandakı "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov jurnalistlərə müsahibəsində qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan "Xocalıya Ədalət" təbliğat və təşviqat kampaniyasına 10 ildən artıqdır ki, bizdə qoşulmuşuq və bu illər ərzində XX əsrin ən böyük qətliyamı olan Xocalı Soyqırımının tanıdılması və təbliği məqsədi ilə paytaxtda bu illər ərzində bir sıra tədbirlər, yürüş aksiyalar, buklet və broşurların paylanılması aksiyaları və konfranslar həyata keçirmişik. Bu ilki aksiyamız fərqli olaraq bütün paytaxtı əhatə etmək məqsədini daşıyır. Əsas bu aksiyaların və təbdirlərin məqsədi 31 il öncə erməni cinayətgarlarının xalqımıza qarşı törətdiyi amansız Soyqırımı Gürcüstan ictimaiyyətinə, paytaxt sakinlərinə eləcədə paytaxtda qonaq olan digər əcnəbi millətlərə çatdırmaqdır.


