Sarpda gömrükçülər 186 838 lari dəyərində bəyan edilməmiş mallar aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, həmin şəxsin üzərindən 5 ədəd bəyan edilməmiş bahalı kişi saatı aşkar edilib.
“Sarp gömrük-keçid məntəqəsində Rusiya Federasiyası vətəndaşı İ.M.-nin həm fiziki, həm də çantasına baxış keçirilməsi nəticəsində 5 ədəd bəyan edilməmiş bahalı kişi saatı tapılıb.
Malların ümumi gömrük dəyəri 186 838 lari təşkil edib.
İş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib”, - məlumatda deyilir.
