İki yaşlı uşağına şiddət göstərən ata saxlanıldı
Kaxeti polisi azyaşlı uşağa qarşı zorakılıq ittihamı ilə bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Axmeta rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü A.T.-ni azyaşlı ailə üzvünə qarşı zorakılıqda ittiham edərək saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs iki yaşlı qızına zorakılıq edib, nəticədə azyaşlı uşaq çoxsaylı xəsarətlər alıb. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan qızın müalicəsi davam edir.
Zcrakılıq faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin 2-ci hissəsinə əsasən aparılır.
Cinayət üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


