Əcnəbi vətəndaşdan zorla pul tələb edən 4 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisidə 4 nəfəri saxlayıblar: 1994-cü il təvəllüdlü B.K., 1985-ci il təvəllüdlü M.Ğ., 1986-cı il təvəllüdlü M.M. və əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.A.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
İstintaq müəyyən edib ki, Tbilisidəki barlardan birinin işçiləri əcnəbi vətəndaş - 1982-ci il təvəllüdlü D.K.-dan zorla pul tələb ediblər və D.K. bundan imtina edib. Bu səbəbdən barın 4 nümayəndəsi zorla zərərçəkmişin pul və şəxsi əşyalarını alıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfərin hamısını təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi və 3-cü hissəsinin “d” yarımbəndi ilə aparılır, burada zorakılıqla törədilən soyğunçuluq nəzərdə tutulur.
Cinayət 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


