23 
Fev
2023
15:43
376

Rusiya hərbçiləri Xarkova raket zərbəsi endirib

Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk rayonuna raket zərbəsi endirib.

InterPress.ge xəbər verir ki,bu barədə Ukrayna mətbuatı xəbər verir.

Bildirilən məlumata görə, raket inzibati binaya düşüb və insanlar dağıntılar altında qalıb.

İlkin məlumata görə, hücum S-300 raketi ilə həyata keçirilib.

Hazırda mövcud olan məlumata görə, bir nəfər xəsarət alıb, ən azı iki nəfər isə binanın dağıntıları altında qalıb. Bütün xilasetmə xidmətləri hadisə yerinə səfərbər olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər