23 
Fev
2023
10:58
1113

Saxta sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqələri hazırlayan 2 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və satılması faktı üzrə iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə sistemli şəkildə maraqlı şəxslərə saxta rəsmi sənədlər hazırlayaraq satıblar.

Təqsirləndirilən şəxslər Gürcüstan vətəndaşının saxta sürücülük vəsiqəsi və 1250 avro müqabilində xarici ölkə vətəndaşının saxta şəxsiyyət vəsiqəsi satması faktı ilə saxlanılıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq əcnəbi vətəndaşların şəxsiyyət vəsiqələri götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 3 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin 2-ci hissəsinə əsasən aparılır.

Qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər