22 
Fev
2023
22:02
463

Rusiyalı vəkil və hüquqmüdafiəçisi Gürcüstana buraxılmadı

Rusiyalı vəkil və hüquq müdafiəçisi Maksim Oleniçev Gürcüstana buraxılmayıb.

InterPress.ge xəbər verir ki, “Paper Kartuli”nin yazdığına görə, o, Berlindən İstanbul vasitəsilə Tbilisiyə uçub.

 Məlumata görə, hava limanında sərhədçi onun pasportunu götürüb, şəklini çəkib və WhatsApp vasitəsilə kiməsə göndərib.

Yarım saatdan sonra başqa bir zabit Oleniçevə ölkəyə giriş qadağan edildiyini desədə, zabit ona müvafiq sənədləri təqdim etməyib.

“Müharibə başlayandan sonra mən təhlükəsiz yerlərdə yaşayan insanlara kömək etmək üçün Rusiyanı tərk etdim. Gürcüstana gəldim. Bura ikinci evim oldu. Lakin bir həftə əvvəl Gürcüstan hakimiyyəti məni, eləcə də bəzi digər “xarici agentləri” evə buraxmadı. Səbəbləri mənə izah edilmədi. İndi həyatıma yeni bir yerdə başlamalıyam. Bu ədalətsizlikdir, mən Gürcüstan qanunlarını pozmamışam, mən Gürcüstana pul cəlb edirəm, vergi ödəyirəm”,-vəkil bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabrından dekabr ayına kimi üç həmkarının Gürcüstana girişinə icazə verilməyib.

Onların arasında Yelena Skvortsova və İqor Dorfman da var.

Mətbuatın yazdığına görə, Maksim Oleniçev uzun illər “Komanda 29” hüquq müdafiə təşkilatında çalışıb. Onun vəkilləri Aleksey Navalnının korrupsiyaya qarşı mübarizə fondunu və dövlətə xəyanətdə ittiham olunan jurnalist İvan Safronovu müdafiə ediblər. 2021-ci ilin noyabrında Olenicev Rusiyada xarici agent kimi tanınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər