InterPress.ge xəbər verir ki, bu barədə Bjaniya və Lukaşenkonun görüşündən sonra məlum olub.
Bildirilib ki, işğal olunmuş Abxaziyaya turist və ya işgüzar səfərlə daxil olacaq Belarus vətəndaşları 30 gün vizasız qala biləcəklər.
Müvafiq dəyişiklik artıq prezidentin “Abxaziya Respublikasında xarici ölkələrin vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün vizasız rejimin yaradılması haqqında” sərəncamına daxil edilib.
Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko və işğal olunmuş Abxaziya pezidenti dünən Minskdə görüşüb.
