Mikroavtobus sürücülərinin saatlıq maaşları artır
Həmkarlar İttifaqı ilə işəgötürən şirkət arasında bu gün rəsmi müqavilə imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Peşə Həmkarlar İttifaqı məlumat yayıb.
Bildirilən məlumata görə, martın 1-dən mikroavtobus sürücülərinə hər iş saatına görə 1 lari artım veriləcək.
“Həmkarlar ittifaqı işçilərin hüquqlarının yaxşılaşdırılması istiqamətində daim fəallıq göstərir. Bu gün imzalanmış müqavilə bunun daha bir əyani təsdiqidir. İşəgötürənlə danışıqlar apara bildik və işəgötürən sürücülərin iş şəraitini yaxşılaşdırdı. Gələn aydan bu şəxslər artan maaşlar alacaqlar”, - deyə həmkarlar ittifaqının sədrinin müavini, nəqliyyat və yol işçiləri həmkarlar ittifaqının prezidenti Lavrenti Alaniya bildirib.
Onların öz məlumatına görə, müqavilə imzalandıqdan sonra gələn aydan 1750 sürücü təkmilləşdirilmiş iş şəraitində işləyəcək. İşəgötürən işçilərə ildə cəmi 5 milyon 900 min lari əlavə kompensasiya ödəyəcək", - həmkarlar ittifaqları bildirir.


