22 
Fev
2023
12:46
226

Tamar Davaraşvili: "Saakaşvilinin vəziyyəti daha da pisləşməyə meyllidir"

O, əsasən yataqdadır, əzalarında ağrılar var, çox əziyyət çəkir və biz ona hər cür kömək edirik, amma onun ağrıları hələ də davam edir.

InterPress.ge xəbər verir ki, bu sözləri Vivamed klinikasının həkimi Tamar Davaraşvili Vivameddə keçirilən birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, fevralın 20-də  Saakaşvilinin çəkisi 67 kq , bədən kütləsi indeksi isə 18,2 olub.   Həmçinin onun hemodinamik və tənəffüs göstəriciləri klinikaya daxil olduğu zaman olduğu kimi stabil olaraq qalır.

“Xəstənin vəziyyəti bu gün daha da pisləşməyə meyllidir, çünki bədənin çəkisi və kütləsi çox aşağı olaraq qalır. Xəstənin ümumi zəifliyi var.  O, əsasən yataqdadır, əzalarında ağrılar var, çox əziyyət çəkir, ona hər cür köməklik edirik, amma ağrıları hələ də qalır. Ən acınacaqlısı odur ki, pəhriz balanssız qalır, amma bu balanssız qidanı qəbul etməkdə davam edir. Bizdə qusma və ürəkbulanma çox nadir hallarda müşahidə olunurdu, lakin bu balanssız qidalanma bizə çox mane olur. Xəstə həftəlik monitorinq olunur. Biz iltihab markerlərini, ümumi qan analizini izləyirik və digər biokimyəvi göstəriciləri təhlil edirik. Kiçik dəyişikliklər  müşahidə olunur, amma  yenədə düzəlişlər edirik. Xəstəyə başa saldıq ki, mütləq salat qəbul etməlidir və təbii ki, xəstə mənim dediklərimə inanmır,  nəzərə almır deyə bilmərəm. Hemodinamik və tənəffüs göstəriciləri qəbul edildiyi gündən olduğu kimi stabil olaraq qalır və buna görə də xəstə terapevtik palataya yerləşdirilib. ”, - deyə Tamar Davaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın