22 
Fev
2023
10:50
307

Külli miqdarda əmlakın mənimsənilməsi, zorakılıq və narkotik vasitələrinin əldə edilməsi faktı ilə 4 nəfər saxlanılıb

Əvvəllər məhkum olunmuş 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, külli miqdarda əmlakı qrup şəklində tələb etmə və qrup zorakılığı faktına görə aşağıdakı şəxslər saxlanılıb : 1980-ci il təvəllüdlü L.Q. və 1977-ci il təvəllüdlü A. Ç  və ağır cinayət barədə məlumat vermədiyinə görə – 1979-cu il təvəllüdlü L.B. Həmçinin, 1971-ci il təvəllüdlü G.M.-ya qarşı narkotik vasitələrin qanunsuz alınması və saxlanması ittihamı irəli sürülüb.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər - tanışları A.C. və L.G. 2023-cü il yanvarın 20-də P.C.-ni aldadaraq Zahesdəki yaşayış evlərindən birinə 300 qram narkotik vasitəni satmaq məqsədi ilə təhvil verərək 2  həftə müddətində narkotik vasitələrin satışından əldə etdikləri pulun təhvil verilməsini tələb edib, əks halda P.C.-nin ailə üzvlərinin həyatına zərər vuracaqları ilə hədələyiblər.

P.C təqsirləndirilən şəxslərin tələblərini yerinə yetirmədiyi üçün A.C və L.G onu zorla avtomobillə Diğomi şəhərinə aparıblar. Təqsirləndirilən şəxslər yolda P.C.-ni işgəncə verməklə, onu və ailə üzvlərini yandırmaqla və öldürməklə  hədələyib.  Hadisəni törədənlər P. Ç-dən  bir neçə gün ərzində20.000 lari məbləğində pul köçürməsini tələb ediblər, əks halda özünü, azyaşlı oğlu, həyat yoldaşı və anasına fiziki zorakılıq edəcəkləri ilə hədələyiblər.

A.C və L.G.- nin törətdikləri cinayətin şahidi olan L.B. hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verməyib”, - deyə nazirliyin məlumatında bildirilir.

Polis bildirir ki, aparılan istintaq tədbirləri çərçivəsində adıçəkilən cinayət işində iştirak edən G.M.-nin mənzilinə baxış zamanı külli miqdarda “marixuana” maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin ikinci hissəsinin “a” və “c” bəndlərinə, 126-cı maddəsinin birinci hissəsinin “b” bəndinə, 376-cı maddənin 1-ci hissəsinə və 260-cı maddəyə əsasən aparılır. 

Bizimlə əlaqə saxlayın