Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları növbəti ilin fevralın 24-dək uzadıb
Avropa İttifaqı Ukrayna regionlarının ilhaqı ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları növbəti ilin fevralın 24-dək uzadıb.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında məlumat verilib.
Bəyanatda bildirilir ki, Aİ Ukrayna ərazilərinin Rusiya tərəfindən qanunsuz ilhaqını tanımır və pisləyir.
Qərarda Ukraynanın regionlarının işğalı və onların müstəqilliyinin tanınması səbəbindən Rusiyanın tətbiq etdiyi sanksiyalardan bəhs edilir.
Sənəddə bildirilir ki, Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyi sarsılmaz olaraq qalır.
Məlumat üçün bildirək ki, bundan əlavə, müharibənin ildönümü ilə əlaqədar Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edəcək.


