21 
Fev
2023
10:37
208

ABŞ prezidentinin Polşaya səfəri başlayıb

ABŞ prezidenti Cozef Bayden Kiyevə səfər etdikdən sonra Polşanın Pirzamisil şəhərinə gedib. Buradan o, təyyarə ilə Varşavaya uçacaq və paytaxt Varşavada ölkə lideri Anjey Duda ilə görüşəcək.

Bu barədə InterPress.ge “Polşa radio”suna istinadən xəbər verir.

Bayden və Duda arasında görüş çərşənbə axşamı, fevralın 21-də baş tutacaq. Bu, Amerika prezidentinin Polşaya ikinci səfəridir. Öncə Bayden və Dudanın təkbətək görüşü olacaq, sonra isə mətbuat konfransı keçiriləcək. Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.

Fevralın 21-də ABŞ Prezidenti Ukraynada müharibənin ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək. Növbəti gün ABŞ rəhbəri Varşavada Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu “Buxarest Doqquzluğu” ölkələrinin liderləri ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər