20 
Fev
2023
23:39
388

Türkiyə Prezidenti Antakyada gürcü xilasedicilərə təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın xilasetmə dəstəsinin üzvlərinin müxtəlif ölkələrin xilasetmə xidmətləri ilə birlikdə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirləri həyata keçirdiyi Hatay vilayətinin Antakya şəhərinə səfər edib.

InterPress.ge xəbər verir ki, bi barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Respublikasının Prezidenti müxtəlif ölkələrin nümayəndələri ilə şəxsən görüşüb, xilasetmə işlərinin gedişi ilə yerində tanış olub.
Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticələrinin ləğvi və xilasetmə tədbirlərində iştirak edən xilasetmə qruplarına şəxsən təşəkkür edib.

Daxili İşlər Nazirliyinin Hatay vilayəti Fövqəladə Halların İdarəetmə Xidmətinin Antakya şəhərindəki yanğınsöndürən-xilasediciləri Türkiyə tərəfi ilə razılaşdırılaraq indiyədək zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirləri həyata keçirir.

Gürcüstanın baş nazirinin qərarı ilə Gürcüstanın xilasedici qrupu Türkiyə Respublikasındadır.

Bizimlə əlaqə saxlayın