Gürcüstanda fevralın 23-dək hava bu cür olacaq
Fevralın 23-dək Gürcüstanda dəyişkən hava şəraiti hökm sürəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, fevralın 23-dək Gürcüstanda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, düzənliklərdə yağış, dağlıq və yüksək dağlıq ərazilərdə qar şəklində yağıntılar və tufan olacağı gözlənilir. Yüksək dağlıq rayonlarda güclü qar, çovğun, duman və uçqun təhlükəsi, magistral yollarda sürüşkən buz örtüyü gözlənilir.
Agentliyin məlumatına görə, gözlənilən leysan yağışları Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq rayonlarda sürüşmə proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər. Magistral yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.


