Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İrakli Ğaribaşvili: "Saakaşvilinin qayıdışı ideyası inqilab etmək və kütləvi qətllərə ruhlandırmaq olub"

338
İrakli Ğaribaşvili: "Saakaşvilinin qayıdışı ideyası inqilab etmək və kütləvi qətllərə ruhlandırmaq olub"
Dinləmək üçün basın

Bu məsələ ilə bağlı spekulyasiya etmək istəmirəm, prezident Saakaşvili özəl klinikada müalicə olunur. İstəyirəm ki, insanlar bilsinlər ki, o, Gürcüstana il yarım əvvəl, daha dəqiq desək, oktyabrın 1-də gəlib, onun…

Bu məsələ ilə bağlı spekulyasiya etmək istəmirəm, prezident Saakaşvili özəl klinikada müalicə olunur. İstəyirəm ki, insanlar bilsinlər ki, o, Gürcüstana il yarım əvvəl, daha dəqiq desək, oktyabrın 1-də gəlib, onun qayıdışı ideyası inqilab etmək və kütləvi qətllərə ruhlandırmaq olub. 

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tematik paneldə bildirib ki, Saakaşvilinin planı uğursuz olub və o, həbsxanaya düşüb.

Baş nazirin qeyd etdiyinə görə, Gürcüstan hökuməti Saakaşvili üçün özəl klinikada maksimum rahatlıq və müalicə təmin edir və o, digər məhbusların malik olmadığı bütün imtiyazlara malikdir.

“Mən bu məsələ ilə bağlı spekulyasiya etmək istəmirəm, prezident Saakaşvili özəl klinikada müalicə olunur. İstəyirəm ki, insanlar bilsinlər ki, o, Gürcüstana il yarım əvvəl, daha doğrusu, oktyabrın 1-də gəlib, onun qayıdışı ideyası inqilab etmək və kütləvi qətllərə ilham vermək olub. Onun planı iflasa uğradı və o, həbsxanaya düşdü. Onu özəl klinikaya köçürdük, təfərrüatları ilə insanları bezdirməyəcəm, amma sual verildiyi üçün cavab vermək istəyirəm. Artıq 8 aydan çoxdur ki, o, özəl klinikada müalicə olunur, Gürcüstan hökuməti maksimum rahatlıq və müalicəni təmin edir, digər məhbusların malik olmadığı bütün imtiyazlar var. Kadrları, fotoları qeyd etdiniz, deyim ki, cənab Saakaşvili yaxşı aktyordur. Gürcüstan hökuməti mümkün olan hər şeyi edir, maksimum dəstək verir. Saakaşvilinin ailə lobbi firmaları tərəfindən yayılan çoxlu yalan məlumatları yəqin ki, görmüsünüz. Məsələn, bir faktın adını çəkəcəyəm, ötən ay bütün dünyada aqressiv media kampaniyası aparmaq üçün onun ailəsi tərəfindən bir milyon dollar ödənildiyi açıqlandı. Eşitdikləriniz, videoda, Facebook-da, sosial şəbəkələrdə gördükləriniz reallıq deyil. Heç kim qanundan üstün deyil, bizdə Gürcüstanda çox güclü demokratiya var, biz demokratik institutlar qururuq. Demokratiyanın mahiyyəti budur ki, heç kim qanundan yüksək olmamalıdır. Saakaşvili Qirqvlianinin qətlindən tutmuş, keçmiş deputatı döyməkdən və başqalarını düşünərək ağır cinayətlər törədib. Onun dövründə özəl “İmedi” televiziyası xüsusi təyinatlılar tərəfindən zəbt edilib və bir nəfər inqilab etmək üçün Odessadan Gürcüstana gəlmək üçün iki gün konteynerdə qalıb.Bu adam haqqında danışmaq istəmirəm",- dedi Baş nazir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →