18 
Fev
2023
19:11
282

ABŞ Rusiyanın insanlığa qarşı cinayət törətdiyini rəsmən müəyyən edib

 Birləşmiş Ştatlar Rusiyanın insanlığa qarşı cinayət törətdiyini rəsmən müəyyən edib.

InterPress.ge xəbər verir ki, bu barədə
ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Biz sübutları araşdırdıq. Biz hüquqi standartları bilirik və heç bir şübhə yoxdur ki, bunlar insanlığa qarşı cinayətlərdir”, - Harris bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı beynəlxalq araşdırmalara dəstəyini davam etdirəcək.

“Mən bu cinayətləri törədən hər kəsə və bu cinayətlərdə şərik olan onların rəhbərlərinə deyirəm – siz cavab verəcəksiniz!” – ABŞ vitse-prezidenti bildirib.

O, ABŞ-ın Ukraynaya sadiqliyini bir daha təsdiqləyərək deyib: “Amerika Birləşmiş Ştatları bu nəcib işdə sizin tərəfdaşınız olmaqdan qürur duyur”.

Bizimlə əlaqə saxlayın