18 
Fev
2023
12:35
318

Gürcüstan vətəndaşlarının ABŞ-a qanunsuz səfərini təşkil edən şəxslər saxlanılıb

Polis Tbilisi və Kutaisidə Gürcüstan vətəndaşlarının ABŞ-a qanunsuz səfərini təşkil edən 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən N.V. Gürcüstan vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına qanunsuz səfərini və orada qalmalarını təşkil edən turizm şirkəti yaradıb. N.D. və N.B. adıçəkilən şirkətdə işlə təmin olunublar.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslər müəyyən məbləğdə pul müqabilində Amerika Birləşmiş Ştatlarına getmək istəyənlər üçün müvafiq sənədlər hazırlayıb, daha sonra onları müxtəlif ölkələrdən keçərək Amerika Birləşmiş Ştatlarının sərhəddinə çatdırıblar və Gürcüstan vətəndaşları qanunsuz olaraq Amerika Birləşmiş Ştatlarına keçiblər.

Hakimin qərarı əsasında polis, şübhəlilərin iş kabinetlərində apardığı axtarış nəticəsində dəlil olaraq nağd pul, sənədlər, kompüter avadanlığı və mobil telefonlar ələ keçirib.

İstintaq Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə aparılır ki, bu da Gürcüstan vətəndaşının əvvəlcədən bilərək xarici ölkədə qeyri-qanuni qalması üçün müvafiq şəraitin yaradılmasını və təşkilini nəzərdə tutur. Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər