Kurt Volker: "Amerikanın Gürcüstanı müharibəyə sürükləməyə çalışması ilə bağlı iddialar cəfəngiyyatdır”
"Amerikanın Gürcüstanı müharibəyə sürükləməyə çalışması ilə bağlı iddialar cəfəngiyyatdır”.
InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın səsi”nə müsahibəsində deyib.
"Bütün bu hadisələr bir-biri ilə bağlıdır. İstər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi, istər Gürcüstanın bəzi hissələrinin Rusiya tərəfindən işğal edilməsi, istərsə də indi Kişinyovda hakimiyyəti dəyişmək cəhdi, hamısının arxasında Rusiya dayanır. Rusiya təsir dairələrini elan etməyə və bütün regionda hökmranlıq etməyə çalışır. Gürcüstanda Amerikanın Gürcüstanı müharibəyə sürükləməyə çalışması ilə bağlı ittihamlar eşidirik, bu cəfəngiyyatdır. Heç kim buna cəhd etmir. Amma mən hesab edirəm ki, biz hamımız etiraf etməliyik ki, Rusiya bütün region üçün çox təhlükəli və zərərli rol oynayır. Rusiya təcavüzünün müxtəlif növlərinə müqavimət göstərməkdə bütün bu ölkələri dəstəkləməyimiz vacibdir".


