Batumidə köhnə məscidin ərazisində tərk edilmiş körpə tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə "Batumelebi" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni doğulmuş körpə klinikaya aparılıb və onun həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Mülki Məcəllənin 127-ci, yəni insan həyatını təhlükəli vəziyyətə salma maddəsi ilə araşdırma başlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, prosesə dövlət qayğısı qurumunun sosial işçisi cəlb olunub.
