17 
Fev
2023
11:22
503

Gürcüstanın reytinqi əvvəlki qiymətləndirmə ilə müqayisədə yaxşılaşıb

Open Data Watch təşkilatı 2022-ci ildə Gürcüstanın statistik sistemini 70 balla qiymətləndirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika xidməti Open Data Inventory təşkilatına (ODIN) istinadən məlumat verib.

 Məlumata görə, bundan başqa, ölkənin reytinqi əvvəlki qiymətləndirmə ilə müqayisədə 3 pillə yaxşılaşıb və Gürcüstan dünya ölkələri arasında 31-ci yerdən 28-ci yerə yüksəlib.

Gürcüstanın Milli Statistika Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, ODIN dünya ölkələrinin rəsmi statistika xidmətlərinin müxtəlif meyarlar üzrə qiymətləndirilməsini təqdim edən ardıcıl altıncı hesabatını dərc edib.

“Hesabatda Gürcüstan Aİ-nin 12 ölkəsini (İtaliya, Fransa, Avstriya, Belçika, Macarıstan, Lüksemburq, Xorvatiya, Kipr, Yunanıstan, Malta, Bolqarıstan və Çexiya) qabaqlayır və Avropanın ən yaxşı ölkələri arasında 18-ci yerdədir. Həmin hesabata görə, Gürcüstan İsveçrə, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Çin, Avstraliya, Yeni Zelandiya və Malayziya kimi inkişaf etmiş ölkələri də qabaqlayır. ODIN-in məqsədi açıq məlumatların tərifi əsasında rəsmi statistikanın əhatə dairəsi və əlçatanlığının obyektiv qiymətləndirilməsini təmin etməkdir. Open Data Watch artıq yeddinci ildir ki, dünya ölkələri üzrə məlumatların təsviri və dəyişikliklərin qiymətləndirilməsini həyata keçirir. Kateqoriyalar və meyarlar üzrə qiymətləndirmə elementləri aşağıdakı linkdə mövcuddur: https://odin.opendatawatch.com/Report/countryProfileUpdated/GEO?year=2022. Bundan əlavə, sistem məlumatları illər üzrə müqayisə etməyə imkan verir”, - məlumatda deyilir.

Sakstatın məlumatına görə, 2022-ci ildə 192 ölkədə 22 statistik kateqoriya və 65 göstəricini əhatə edən açıq məlumatların qiymətləndirilməsi aparılıb. Qiymətləndirməyə görə, Gürcüstan hələ də regionda liderdir. 

Bizimlə əlaqə saxlayın