Tbilisidə ağır yol qəzası baş verib - 2 ölü, 3 yaralı
Tbilisidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, eyni qəzada yaralanan 3 nəfərin vəziyyəti ağırdır.
InterPress.ge xəbər verir ki, yaralılar təcili tibbi yardım briqadaları tərəfindən müxtəlif tibb müəssisələrinə aparılıb.
Alman xəstəxanasından verilən məlumata görə, həmin şəxslərdən biri klinikaya daxil olan zaman artıq ölü olub, digəri isə sonradan reanimasiya şöbəsində dünyasını dəyişib.
Aladaşvili klinikasına gəldikdə isə, reanimasiya şöbəsinin müdiri bildirib ki,
“2 xəstənin vəziyyəti ağırdır, biri reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə vəziyyəti az-çox stabildir, müalicəsini nevrologiyada davam etdirir”.
Məlumat üçün bildirək ki, qəza Mtkvarinin sol sahilində, “Tavadur” restoranının yaxınlığında baş verib. Bir neçə avtomobil bir-biri ilə toqquşub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırmalara başlanılıb.


