16 
Fev
2023
10:52
406

Saxta sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda pul əldə edən şəxs saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxta rəsmi sənədlər hazırlayaraq və istifadə etməklə başqasına, vətəndaşa məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə əldə etmə faktı üzrə xarici ölkə vətəndaşı olan  şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

“İstintaq müəyyən edib ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şirkətlərdən birinin rəhbəri olmuş təqsirləndirilən M.M. Gürcüstanda biznes qurmaqda maraqlı olan əcnəbi sərmayədarla razılığa gələrək, ona tikintiyə icazələrin alınmasında xidmət göstərəcəyini bildirib.  Bundan sonar xüsusi torpaq sahələrini və müvafiq müşayiət sənədlərini hazırlayaraq, külli miqdarda vəsaiti dələduzluq yolu ilə əldə etmək məqsədi ilə qeyd olunan xidmətlərin göstərilməsi iddiası ilə cavabdeh şəxs digər şəxslərin köməyi ilə saxta rəsmi sənədlər - memarlıq və mühəndislik kommunikasiya layihələri hazırlayıb. Nəticədə müştəriyə məxsus külli miqdarda - 707 449 ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə əldə edib.

İstintaq Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin 2-ci və 180-ci maddəsinin 3-cü maddəsi ilə aparılır.

Cinayətdə əli olan digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində araşdırmalar davam etdirilir”, -  İstintaq xidmətinin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın