15 
Fev
2023
13:21
452

Həmkəndlisini daşla vuraraq öldürən şəxs həbs cəzasına məhkum edilib

Xobi prokurorluğu bir nəfərə qarşı başını daşla vuraraq qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, fevralın 13-də Xobi bələdiyyəsinin Xamışkür kəndi ərazisində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində zərərçəkmişin başına daş ataraq xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir"-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın