Gürcüstan vətəndaşlarının daha iki ölkədə işləyə bilməsi üçün danışıqlar aparılır
Gürcüstan vətəndaşları ola bilsin ki, Finlandiya və Kiprdə də çalışa biləcəklər.
InterPress.ge xəbər verir ki, artıq Finlandiya və Kiprlə danışıqlar aparılır.
İşçi qüvvəsinə ehtiyacla bağlı yeni araşdırmanın nəticələri dərc edildikdən sonra konkret qərarlar açıqlanacaq.
“Ukraynadakı müharibə və Aİ-nin müxtəlif ölkələrində miqrasiya prosesləri ilə əlaqədar olaraq, ümumilikdə Aİ ölkələri dairəvi miqrasiya ilə bağlı danışıqları dayandırıb. Yerli bazar işçi qüvvəsinə ehtiyacı yenidən qiymətləndirir. Müvafiq olaraq, tərəfimizdən tam hazırlıq olsa da, tərəfdaş ölkələrimizdən növbəti addımları gözləyirik.
Bu mərhələdə həm Finlandiya, həm də Kiprlə danışıqlar davam edir. Dairəvi miqrasiya əmək bazarının tələbindən asılıdır. Müvafiq olaraq, tərəfdaş ölkələrimiz işçi qüvvəsinə ehtiyacla bağlı yeni araşdırmanın nəticələrini gözləyirlər və yalnız bundan sonra onların gözləntilərinin nə olduğunu biləcəyik. Ukraynada müharibənin nə vaxt bitəcəyini deyə bilmədiyiniz kimi, miqrasiya proseslərini əvvəlcədən proqnozlaşdırmaq da çətindir”, - Barkalaya bildirib.


