15 
Fev
2023
10:47
882

Saxta sənədlərin hazırlanması və verilməsi faktı üzrə bir nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin tədqiqat xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və imzalanması faktına görə bir nəfəri saxlayıb.
 

InterPress.ge xəbər verir ki,  bu barədə Maliyyə Nazirliyinin İstintaq xidməti məlumat verib.
 

Maliyyə Nazirliyinin İstintaq xidmətindən verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə çap və reklam xidməti ofisi olan şəxslərdən pul köçürmələri müqabilində maraqlı şəxslərdən saxta sənəd hazırlayıb, saxta sənədlər alırmış. 

“Təqsirləndirilən şəxs vətəndaşlardan birinə saxta bank sənədi satma faktı ilə saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif təşkilatların adına hazırlanmış saxta sənədlər, o cümlədən saxta diplomlar, sertifikatlar, saxta xarici sürücülük vəsiqələri və parkinq icazələri aşkar edilib.

Həmçinin, saxta sənədlərin hazırlanmasında istifadə olunan kompüter avadanlığı və dövlət qurumlarının, özəl təşkilatların və bank müəssisələrinin saxta möhürləri götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin 2-ci hissəsi ilə aparılır", -nazirlik bildirib.

Bizimlə əlaqə saxlayın