Gürcüstan hökuməti Türkiyəyə humanitar yardım göndərdi
Gürcüstan hökuməti Türkiyəyə humanitar yardım göndərib.
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş nazirinin qərarına əsasən, Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi üçün hökumətin ehtiyat fondundan bir milyon lari ayrılıb.
Humanitar yardımın səfərbər edilməsi Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, 100 tondan çox humanitar yükə ilkin tibbi yardım vasitələri, dərman vasitələri, tibbi avadanlıqlar, uşaq qidaları, təcili tibbi yardım işçiləri üçün əşyalar, geyim formaları, isti paltarlar, çadırlar, generatorlar, yataq çantaları, quru qida, konservlər və digər əşyalar daxildir. Yüklərin bir hissəsi Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin ehtiyatlarından səfərbər edilib.


