13 
Fev
2023
11:24
273

Ukrayna Baş Qərargahı: "Ruslar Ukraynaya 4 raket zərbəsi endirib və salvo raket sistemlərindən 85 dəfə atəş açıblar"

Ötən sutka ərzində Rusiya qoşunları Ukraynaya qarşı dörd raket zərbəsi endirib və 85 dəfə salvo raket sistemləri ilə atəş açıb.

InterPress.ge xəbər verir k, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında qeyd edilib.

"Düşmən 4 raket zərbəsi endirib və salvo raket sistemlərindən 85 dəfə atəş açıb. Ukraynanın bütün ərazisində Rusiya tərəfdən hava və raket zərbələri təhlükəsi hələ də yüksəkdir", - Baş Qərargahdan bildirilib.

Qərargahın məlumatına görə, Rusiya qüvvələri Volın, Poleski, Severski və Slobojanski istiqamətlərində 18 yaşayış məntəqəsini bombalayıb. Kupyansk və Limansk istiqamətində minaatanlardan və artilleriyadan 22 yaşayış məntəqəsini atəşə tutub.

Bundan əlavə, ruslar Baxmut istiqamətində 16 yaşayış məntəqəsini tanklardan, minaatanlardan və artilleriya sistemlərindən bombalayıblar. Avdiivka və Novopavlovsk istiqamətində  isə 25 yaşayış məntəqəsi bombalanıb.

Həmçinin Baş Qərargahın məlumatına görə, ruslar ötən gün ərzində Zaporojya vilayətinin səkkiz yaşayış məntəqəsini və Dnepropetrovsk vilayətinin Nikopol ərazisini bombalayıb. Xerson istiqamətində  isə Xersona və 20 yaşayış məntəqəsinə artilleriya atəşi açdılar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər