Mamuka Mdinaradze: "Bu müharibə bizim maraqlarımıza və gələcəyimizə xidmət etmir"
Vətəni, ləyaqəti qorumaq və ya sadəcə fiziki cəhətdən xilas olmaq mümkün olmayan zaman mübarizə aparmalıyıq. Yaşamağın yolu tamamilə fərqli olanda və bizi müharibəyə məcbur edəndə bilməliyik ki, bu müharibə bizim maraqlarımıza və gələcəyimizə xidmət etmir.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyir.
Mdinaradze qeyd edir ki, “müharibə hərbi zorakılıq və böyük faciədir. Kimlər üçünsə bu, siyasətin davamıdır, bizim kimi ölkələr üçün isə həddindən artıq zərurətdir”.
“Biz kiçik və çox qürurlu bir xalqıq. Bizim kiçik və çox gözəl ölkəmiz var. Tariximiz vətəni, ləyaqəti qorumaq və xilas etmək uğrunda mübarizədir. Biz hər zaman döyüşməliyik. Biz bu gün də mübarizə aparırıq və gələcəkdə də vuruşmalı olacağıq!
Müharibə hərbi zorakılıq və böyük faciədir. Kimlər üçünsə siyasətin davamıdır, bizim kimi ölkələr üçün isə həddindən artıq zərurətdir. Lazım gələrsə, atalarımız kimi son damla qanımıza qədər vuruşmalıyıq! Bəs bu nə vaxt zərurət və ya həddindən artıq zərurətdir?!
Vətəni, ləyaqəti qorumaq və ya sadəcə fiziki cəhətdən xilas olmaq mümkün olmayanda mübarizə aparmalıyıq. Yaşamağın yolu isə tamam başqa olanda və bizi müharibəyə məcbur edəndə bilməliyik ki, bu müharibə bizim maraqlarımıza və gələcəyimizə xidmət etmir!”,-Mdinaradze sosial şəbəkədə yazıb.


