10 
Fev
2023
23:30
636

Qardabani sakinləri Türkiyəyə yardım göndərdi

Qardabani bələdiyyəsində Türkiyədə zəlzələdən zərərçəkmiş əhali üçün başladılan yardım kampaniyası çərçivəsində toplanan yardımlar Türkiyəyə göndərilmək üçün artıq hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Qardabani bələdiyyəsi üzrə millət vəkili Savalan Mirzoev öz Facebook səhifəsində videomüraciətində qeyd edib.

Parlament deputatı yardım kampaniyasında iştirak edən hər kəsə dərin minnətdarlığını bildirirək azərbaycan xalqının yardımsevər, xeyirxah olduğunu bir daha vurğulayıb.

O, eləcə də sözügedən kampaniyada azyaşlı uşaqların təbii fəlakətdən zərərçəkən türk həmyaşıdlarına öz oyuncaqlarını göndərdiklərini və onlara dilək məktubu yazdıqlarını xüsusilə qeyd edib.

Savalan Mirzoyevin açıqlamasına görə, xeyirxah insanların yüksək istək və tələblərindən irəli gələrək yardım kampaniyası yenə də davam edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər