10 
Fev
2023
13:53
17369

Fevralın 17-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı

Fevralın 17-dək Gürcüstanda soyuq və arabir yağışlı hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata görə, fevralın 13-dən bəzi yerlərdə güclü qərb küləyi əsəcək, dağlıq rayonlarda çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gündüz dağ və düzənliklərdə  2-7 dərəcə isti olacağı gözlənilir.  Gecə Gürcüstanın şərq rayonlarında, gündüz isə ölkənin dağlıq rayonlarında da mənfi hava şəraiti davam edəcək.

Paytaxt Tbilisidə Fevralın 10-da  qar yağacağı, duman olacağı, fevralın 11-dən isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Fevralın 13-dən şimal-qərb istiqamətindən güclü külək gözlənilir. Temperaturun gecə mənfi 2-4 , gündüz müsbət 5-7 dərəcə isti olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər