Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün 1 milyon lari ayırıb

367
Gürcüstan Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün 1 milyon lari ayırıb
Dinləmək üçün basın

İrakli Qaribaşvilinin qərarına əsasən, Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın tapılması məqsədilə 1 milyon lari ayrılıb.

İrakli Qaribaşvilinin qərarına əsasən, Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın tapılması məqsədilə 1 milyon lari ayrılıb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Onların öz məlumatına görə, bu məbləğ hökumətin ehtiyat fondundan ayrılıb.

“Gürcüstan hökumətinin qərarına əsasən,Türkiyə Respublikasında  təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərmək üçün hökumətin ehtiyat fondundan işğal olunmuş ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir milyon lari ayrılıb. 

Baş nazir İrakli Qaribaşvilinin imzaladığı sərəncama əsasən, ayrılan məbləğ Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün dərman, ərzaq, geyim, tibbi avadanlıq və digər zəruri malların alınması və onların Türkiyə Respublikasına daşınması üçün istifadə olunacaq”, - məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →