09 
Fev
2023
14:43
329

Səfir: "Türkiyədə zəlzələdə ölən bir Gürcüstan vətəndaşı ölkəyə gətirilib"

Türkiyədə zəlzələ nəticəsində ölən bir Gürcüstan vətəndaşı vətəninə təhvil verilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorgi Cancqava məlumat verib.

Onun sözlərinə görə, iki vətəndaşın axtarışları hələ də davam edir.

“Gürcüstanın Türkiyədəki səfirliyi fövqəladə rejimdə işini davam etdirir. Gürcüstan vətəndaşlarının vəziyyətinin və harada olduqlarının müəyyən edilməsi məqsədilə Səfirlik Türkiyə Respublikasının Fövqəladə Hallar Mərkəzi (AFAD) ilə daim əlaqə saxlayır. Qeyd edək ki, Gürcüstanın Türkiyədəki səfirliyinin qaynar xətt nömrələri sutka ərzində 24 saat işləyir və indiyədək Gürcüstan vətəndaşlarından və onların ailə üzvlərindən mindən çox telefon zəngi və müraciət daxil olub. Məlum olduğu kimi, hazırkı mərhələdə üç Gürcüstan vətəndaşının ölümü təsdiqlənib, onlardan biri də artıq Gürcüstana köçürülüb. Qeyd edək ki, hazırda onlarla Gürcüstan vətəndaşının yeri müəyyən edilib və onların vəziyyəti qənaətbəxşdir. Qaziantep və İskəndrun şəhərlərində iki vətəndaşın axtarış-xilasetmə işləri davam etdirilir. Səfirlik təbii fəlakət zonasında vətəndaşların təhlükəsiz şəkildə təxliyyə edilməsi və onlara köməklik göstərilməsi üçün alternativ yolların tapılması istiqamətində fəal iş aparır.

Qeyd edək ki, təbii fəlakətin baş verdiyi ərazidə sərbəst hərəkət hələ də əngəllənir, magistral yollarda isə bərpa işləri aparılır. Fəlakət zonası istiqamətində yalnız xilasedici qruplar və humanitar yardım karvanları sərbəst hərəkət edə bilir. Çətin meteoroloji şərait, soyuq və güclü qar yağması vəziyyəti daha da gərginləşdirir. Yaralıların və ölənlərin ümumi sayı hər gün artır. Gürcüstanın Türkiyədəki səfirliyi təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarının ehtiyaclarını müəyyən etmək üçün onlarla daimi əlaqə saxlayır”, - Qiorqi Cancqava bildirib.

Bizimlə əlaqə saxlayın