09 
Fev
2023
11:48
794

Badri Esebuanın atası oğlunun günahsız olduğunu iddia edir

Zuqdididə "Georgia Bank"ı soymaqda təqsirləndirilən Badri Esebuanın atası Tariel Esebua oğlunun günahsız olduğunu iddia edir.

InterPress.ge xəbər verir ki, bu barədə Tariel Esebua  vəkil İoseb Canaşiya ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
Məlumata görə o, əlavə şərh verməyib.

Məlumat üçün bildirək ki, Zuqdididə “Georgia Bank”ı qarət etməkdə təqsirləndirilən Badri Esebua ötən gün yerli sakinlərdən biri olan Omiane Jikianın Cixaşkar kəndindəki evində həbs edilib.

21 oktyabr 2020-ci ildə silahlı Badri Essebua Zuqdididəki "Bank of Georgia"nın binasına soxulub. O, 40-dan çox vətəndaşı girov götürərək azadlığa buraxılması müqabilində 500 min ABŞ dolları və təhlükəsizlik zəmanəti tələb edib. Pulları təhvil verdikdən sonra hücum edən şəxs qaça bilib.

Sözügedən iş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin terror aktı, terror məqsədi ilə girov götürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 236, 323 və 329-cu maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın