Gürcüstanlı xilasedicilər Türkiyədə dağıntılar altından daha bir nəfəri xilas edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidmətinin yanğınsöndürənləri və xilasediciləri Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin ləğvi və xilasetmə tədbirlərində iştirakını davam etdirir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, ötən gecə Türkiyənin Adyaman şəhərində bir neçə saat davam edən və çətin xilasetmə əməliyyatından sonra gürcü xilasediciləri daha bir nəfəri dağıntılar altından çıxararaq tibbi müəssisəsinə thvil veriblər.
“Eyni zamanda, Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin 40 yanğınsöndürən heyəti artıq Türkiyə Respublikasına gəlib. Adıyaman şəhərində əsas qrupa gürcü yanğınsöndürənlər və xilasedicilər qoşulub.
Gürcüstanın xilasedici qruplarının effektiv fəaliyyəti üçün hadisə yerində Adiyaman şəhərinin operativ idarəetmə mərkəzi ilə razılaşdırılan səhra qərargahı yaradılıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarına əsasən, Daxili İşlər Nazirliyinin Türkiyədəki fövqəladə halların idarə olunması xidməti dərhal xilasetmə əməliyyatlarına cəlb edilib.
100 gürcü yanğınsöndürən və tam xilasetmə avadanlığı ilə xilasedicilər Adıyaman şəhərində sutkanın 24 saatı xilasetmə əməliyyatını davam etdirirlər”, - dərc olunan məlumatda bildirilir.


