08 
Fev
2023
23:54
212

Gürcüstan parlamenti Türkiyədə zəlzələdən zərərçəkmiş insanlar üçün humanitar yardım göndərəcək

Gürcüstan parlamenti Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara yardım etmək üçün xeyriyyə kampaniyasına başlayır. 

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili plenar iclasda məlumat verib.

Parlamentin sədri deputatları xeyriyyə aksiyasında iştirak etməyə çağırıb.

“Bütün deputatları bu xeyriyyə aksiyasında iştirak etməyə çağırıram. Mən artıq dekabr ayında deputatların iştirak etməməsinə görə tutulan məbləğin şərəfli səbəblə bu xeyriyyə tədbirinə sərf olunması üçün Xəzinədarlar Şurasına müraciət etmişəm”, - deyə Parlament sədri bildirib.

Gürcüstan parlamentində xüsusi bank hesabı açılıb ki, bu hesabda deputatlar və parlament aparatının əməkdaşları zərərçəkənlər üçün maddi yardım toplayacaq və müvafiq humanitar yük hazırlanacaq. Zərərçəkmişlər üçün lazım olan məhsullar və məişət əşyaları yaxın vaxtlarda Türkiyə Respublikasına göndəriləcək.

Bizimlə əlaqə saxlayın