Batumidə, Rurua küçəsində, dünən axşam saatlarında aptek qarət edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Mtavari Arxi məlumat yayıb.
Məlumata görə, həmin şəxs pul tələb etsə də, pulu ala bilib-bilmədiyi məlum deyil. Aptek bir neçə saat əvvəl açılıb. İşçilər oğurluq hadisəsi barədə danışmaq istəməyiblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
