08 
Fev
2023
12:28
286

Dağıntılar altında qalan iki Gürcüstan vətəndaşından hələlik xəbər yoxdur

Dağıntılar altında qalan iki Gürcüstan vətəndaşından hələlik xəbər yoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri məlumat verib.

Onun sözlərinə görə, ötən gecə dağıntılar altında 6 Gürcüstan vətəndaşının axtarışları davam etdirilib, onlardan 4-ü çıxarılıb və özlərini yaxşı hiss edirlər.

O qeyd edib ki, cari məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 2 Gürcüstan vətəndaşı həlak olub, 100-dən çoxu tapılıb, 2 nəfər itkin düşüb.

“Dünən bütün günü zənglər gəlirdi. Bəzi vətəndaşlarımızı tapdıq. Gecə saatlarında faktiki olaraq 6 vətəndaşın axtarışı prosesi gedirdi. Xoşbəxtlikdən 4 nəfəri tapdıq. Onlar təhlükəsiz yerə köçürülüb, sağlamdırlar, yaxşıdırlar. Dağıntılar altında basdırılmış 2 vətəndaşımızı hələ də tapa bilməmişik. Proses davam edir”, - deyə səfir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər