Saxlanılan Badri Esebua Kutaisidəki 2 nömrəli həbsxanaya köçürüldü
Saxlanılan Badri Esebua Kutaisidəki 2 nömrəli həbsxanaya köçürülüb.
InterPress.ge xəbər verir ki, qurum təfərrüatlar barədə danışmasa da, Esebuanın penitensiar müəssisədə tək kameraya salındığını təsdiqləyiblər.
Vəkil hələ Kutaisiyə gəlməyib. Yəqin ki, günortadan sonra saxlanılan şəxslə görüşəcək.
“Mtavari Arxi”nin eksklüziv olaraq öyrəndiyinə görə, Esebua sübh vaxtı, ehtimal ki, müvəqqəti işğal olunmuş Abxaziya ərazisinə keçmək niyyətində olan zaman saxlanılıb.
Daxili İşlər Nazirliyi bəyanat yayaraq Esebuanın Sameqreloya aparıldığını yazıb. Onun tutulması zamanı odlu silah və patronlar götürülüb. Fakt Gürcüstan Cinayət Məcəlləsinin 150, 236, 323 və 329-cu maddələri ilə araşdırılır. Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.


