08 
Fev
2023
10:55
375

Gürcüstandan Türkiyəyə əlavə xilasedici qrup göndəriləcək

Gürcüstandan Türkiyəyə əlavə 40 yanğınsöndürən göndəriləcək. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 60 nəfərlik gürcü xilasedicilərdən ibarət xüsusi qrup artıq Türkiyənin Adıyaman şəhərindədir.

“Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarı ilə 60 nəfərlik xilasedicilərdən ibarət xüsusi qrup Türkiyəyə gedib. Həmçinin Gürcüstandan Adıyaman şəhərinə əlavə olaraq 40 yanğınsöndürən göndərilməsi barədə qərar qəbul edilib ki, onlar da tezliklə əsas yanğınsöndürən dəstəsinə qoşulacaqlar.

Gürcü xilasedicilər qrupu zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürənlər, it-xilasedicilər və xilasedici itlərlə,  həmçinin müasir akustik cihazlar, pilotsuz uçuş aparatları,  rabitə vasitəsi və hər cür müvafiq xüsusi xilasetmə avadanlığı ilə təchiz olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Teymuraz Mqebrişvili gürcü yanğınsöndürənlərinin və xilasedicilərinin xilasetmə fəaliyyətini şəxsən əlaqələndirir”, - məlumatda  bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər