08 
Fev
2023
10:33
1443

Badri Esebua saxlanıldı

2020-ci ilin oktyabr ayından hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Sakartvelo Bankın Zuqdidi filialına hücumda təqsirləndirilən Badri Esebuanın saxlanıldığı bildirilir.

InterPress.ge xəbər verir ki, Esebua Zuqdididə saxlanılıb.

Sameqrelo-Zemo Svaneti Polisi, Mərkəzi Kriminal Polis və Xüsusi Əməliyyat İdarələrinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində zor tətbiq etmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə-saxlama, o cümlədən terrorçuluq aktı və terror məqsədi ilə vətəndaşları girov götürmə faktlarına görə 2020-ci ildən axtarışda olan Badri Esebuanı saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 150, 236, 323 və 329-cu maddələri ilə aparılır.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər