07 
Fev
2023
15:35
332

Gürcüstanda toplanan ehtiyac vasitələri Türkiyə səfirliyinin koordinasiyası ilə fəlakət bölgələrinə göndəriləcək

Fevralın 6-da Kahramanmaraşda fəlakətə səbəb olan zəlzələdə zərər çəkən bölgələrə çatdırılmaq üzrə Türkiyə səfirliyinin koordinasiyası ilə ehtiyac vasitələri Türkiyəyə göndəriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə səfirliyi məlumat yayıb.

Səfirlik palto, yağış paltarı, qalın sviter, əlcək, yorğan, corab, uşaq yeməkləri, təmizlik vasitələri  və s. kimi şeylərə ehtiyac olduğunu qeyd edib.

Yardım etmək istəyənlər 10 fevral 2023-cü ilə qədər qeyd olunan vasitələri bu ünvana göndərə bilər: 
1) Türkiyə səfirliyi (İliya Çavçavadze No:35)
[email protected] 
Beliz Turpçu: 511 130 198
Boran Can Koçboğan: 599 033 560
2- GÜRTİAD
Tavisupleba Square No:4, Tbilisi
[email protected]
Mert Yumuşaker: 577 562 000
3- MÜSİAD
İliya Çavçavadze No:37, Tbilisi
[email protected]
Xatuna: 557 505 946
4- Yonpas Georgia Ltd. Depo
Libani 4/G Avchala, Tbilisi
İsa Altun: 577 562 007

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər