Patara Poti kəndindəki Poti-Senaki-Tbilisi mərkəzi magistral yolunda baş verən qəzada iki nəfər ölüb.
InterPress.ge xəbər verir ki, Əldə edilən məlumata görə, "Mersedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində iki sərnişin - qadın və kişi hadisə yerində ölüb, sürücü təcili yardım qrupu tərəfindən Poti xəstəxanasına aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisənin Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırılması aparılır ki, bu da yol hərəkəti təhlükəsizliyi və ya əməliyyat qaydalarının pozulmasını, 2 və ya daha çox insanın ölümü ilə nəticələndiyini göstərir.
