Səfir: "Türkiyədə zəlzələ nəticəsində itkin düşmüş Gürcüstan vətəndaşlarının hamısı tapılıb"
Türkiyədə zəlzələ nəticəsində itkin düşmüş Gürcüstan vətəndaşlarının hamısı tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri məlumat verib.
Onun sözlərinə görə, güclü zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub.
Səfir təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarını Gürcüstanın diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağa və yeri və vəziyyəti barədə məlumat verməyə çağırır.
“Biz imkan daxilində vətəndaşlarımızla əlaqə saxlayırıq. Bildiyimiz bütün itkin düşən soydaşlarımızı tapdıq. Biz həmçinin futbolçularımızın izinə düşdük. Həmin zonaya daxil olmaq çox çətindir, ona görə də harada olduqlarını, necə olduqlarını bizə bildirsinlər”, - deyə o söyləyib.
Məlumat üçün bildirək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində azı 2921 nəfər ölüb, 15834 nəfər xəsarət alıb. Dünən səhər saatlarında Türkiyənin Qaziantep şəhərində 7,8 bal gücündə zəlzələ, bir neçə saat sonra isə daha bir güclü 7,5 bal gücündə zəlzələ baş verib. Xilasetmə əməliyyatları gecə boyu davam edib və hələ də davam edir.


